Trampın müşaviri Bakıya gəlirbackend

Trampın müşaviri Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Con Bolton bildirib ki, Rusiyaya səfərinin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir: \”Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik”.

Müşavir bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin – İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.

Qeyd edək ki, Con Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri etməyi planlaşdırır.

İnterpress.az