“Ağadadaş Kərimovu azərbaycanlı adlandırmaq olmaz” — AAK rəsmisindən qızının erməniyə ərə verən şəxslə bağlı AÇIQLAMALARbackend

“Ağadadaş Kərimovu azərbaycanlı adlandırmaq olmaz” — AAK rəsmisindən qızının erməniyə ərə verən şəxslə bağlı AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədr müavini Arzu Oqtayın \”Ölkə.Az\” xəbər portalına müsahibəsi:

– Arzu xanım, rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti və perspektivləri barədə zəhmət olmasa məlumat verərdiniz. Hansı planlarınız var?

– Öncə qeyd edib ki, Finlandiya Azərbaycan Assosiasiyası (FAA) 2008-ci il martın 18-də Helsinki şəhərində təhsis edilib. FAA-nın sədri Avropa Azərbaycanlıları Konqresinin (AAK) nəzarət təftiş komissyasının rəhbəri Vasif Muradlıdır. Məqsədimiz həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin təbliği, ölkəmizin milli maraqlarının təmin olunması, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasını təşkil etmək, Qarabağ hadisələrində azərbaycanlılara qarşı törədilmiş XX əsrin faciəsi – Xocalı soyqırımı haqqında fin dövlət qurumlarında geniş müzakirələr apararaq Xocalı soyqırımını tanıtmaqdır.
Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA)hər ilin üçüncü rübündə tədbirlər planını Helsinki şəhər meriyasına təqdim edir. Helsinki şəhər meriyasında illik tədbirlər planını təsdiqləndikdən sonra FAA plan üzrə Azərbaycan dövlətinin maraqları çərçivəsində Cənab Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu tapşırıqlara əsaslanaraq Azərbaycan həqiqətlərini ,Dağlıq Qarabağ hadisələrini əks etdirən tədbirlər keçirir, Finlandiya Dövlət qrumları, Finlandiya parlamentaları ilə görüşlər təşkil edirik . Bu bizim planlarımızın ana xətti sayılır.
Nəzərinizə çatdırmaq istərdim ki, Avropanın digər ölkələrindən fərqli olaraq Finlandiyada azərbaycanlılar sayının olduqca az olmasına baxmayaraq bütövlükdə onlar tanınmış həkimlər, müəllimlər, iqtisadçılar, yazıçı, rejissor və müsiqiçilərdən ibarət ziyalı təbəqsini təşkil edirlər.
Bu baxımdan da FAA “mən” prinsipindən uzaq olaraq “biz” prinsipini üstün tutmaqla Finlandiyada yaşayan azərbaycanlılarla bir araya gələrək onların təkliflərini dəyərləndirir, gənclərimizin kreativ fikirlərini yüksək qiymətləndirməklə hər bir işdə bir birimizə yardım olur, birgə fəaliyyətə üstünlük veririk.

– Son vaxtlar Avropa Azərbaycanlıları Konqresinin və onun prezidenti Sahil Qasımovun fəaliyyətinə qarşı erməni lobbisi ilə yanaşı, ayrı-ayrı azərbaycanlılar tərəfindən də qarayaxma kampaniyaları aparılır. Bu barədə nə deyə bilərsiniz?

– Cənab Prezidentimiz İlham Əliyevin yürutduyi istər siyasi, istərsə də iqtisadi siyasəti nəticəsndə Azərbaycan dünya dövlətləri arasında böyük nüfuza malik dövlətə çevrilib. Azərbaycan dövlətinin hansı sahədə olursa olsun, gün-gündən inkişaf edib güclənməsi düşmənlərimizi narahat edir. Nəticədə də Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparırlar. Çox təəsüflər olsun ki, bütün bunlara “sapı özümüzdən olan baltalar” vasitəsi ilə nail olurlar.
Bəli, bu gün hər sahədə olduğu kimi, Azərbaycan diaspor quruculuğu sahəsində də böyük inkişaf aydın şəkildə görünür.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərindən Ulu öndər Heydər Əliyevin əməyinin nəticəsi olaraq Azərbaycan diasporunun təşəkkülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına təkan verib. Ürəyində Vətəninə, torpağına, millətinə sevgisi olan 50 milyon azərbaycanlının bir araya gəlməsinə səbəb oldu.
Bununla da Avropada yaşayan azərbaycanlılar əgər əvvəllər yaşadıqları ölkələrdə kiçik təşkilatlar halında ildə bir dəfə toplaşmaqla fəaliyyət göstərirdilərsə, illər ötdükcə formalaşan Azərbaycan diaspor təşkilatları ölkəmizin tanıdılması üçün Avropa qitəsində böyük nüfuza malik olan Avropa Azərbaycanlıları Konqresi ətrafında sıx birləşərək öz fəaliyyətlərini davam etdirirlər. Bu baıxımdan Azərbaycan diasporu dünyanın inkişaf etmiş diasporları sırasında öz yerini tutur.
2017-ci il martından AAK-ın yeni seçilmiş prezidenti Sahil Qasımovun və idarə heyəti sayəsində AAK ictimai-siyasi fəallığı sürətlə artmağa başladı. Belə ki, ötən ilin noyabrında Brüsseldə AAK-ın ev sahibliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı beynəlxalq forum mühüm əhəmiyyət kəsb etdiyindən, AAK-ın keçən ilin yanvarında Lüksemburq Deputatlar Palatasında, ötən ilin sentyabrında Ukrayna Ali Radasında, Avropa Parlamentində müxtəlif Avropa ölkələrinin deputat qrupları ilə keçirdiyi görüşlər və müzakirələrdən, bu ilin fevralında Finlandiya parlamentində və Xarici İşlər Nazirliyində, mayda Varşavada, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda, ATƏT DTİHB-nin İnsan haqqları departamentinin rəhbəri Ömər Fişer, Demokratikləşmə departamentinin rəhbəri Martin Valetski və qurumun seçki üzrə məruzəçisi Radivoje Grujiçlə görüşlərdən, o cümlədən cari ilin iyun ayında Barselonada İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi polkovnik Luis Qastuera Novella, Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova və Kataloniya Muxtariyyatının Baş prokuroru Fransisko Baneres Santoslva keçirilən görüşlərdən narahat olan erməni lobbisi yalanlarının ifşa olunmasının qarşısını almaq məqsədi ilə yenə də eyni senari ilə planlarını rellaşdırmağa çalışaraq diaspor qruculuğu anlayışından uzaq olan, şəxsi maraqlarını vətənindən, xalqından üstün tutan “azərbaycanlılardan” asanlıqla istifadə edərək Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyinin işinə kölgə salmağa və beləliklə də Azərbaycanın diaspor quruculuğunda əldə etdiyi naliyətlərə mane olmağa cəht edirlər. Lakin bu cür çirkin planlarla, qarayaxma kampanyaları ilə heç bir güc AAK-ı zəyiflədə bilməyəcək əksinə bizim işlərimizdən narahat olub işimizə mane olmaq istəyənlərə Azərbaycan naminə fəaliyyətimizi daha da əzmlə davam etdirməklə cavab verəcəyik.

– Necə düşünürsünüz, sizcə Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov diaspora sahəsində mövcud olan ayrı-ayrı problemlərin aradan qaldırılmasına nail ola biləcək?

– Bilirsiniz, dünyada elə bir inkişaf etmiş ölkə tapmaq olmaz ki, hər hansı bir sahəsində irili xirdalı problemləri olmasın. Bir problemi həll etikdə digər problem meydana çıxır. Bu normal bir haldır. Əsas bu problemləri aradan qaldrmaq üçün birlikdə səy göstərməkdir.
Zənn edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovun bu problemlərlə qarşılaşması normal haldır. Çünki insanlar müxtəlif olduğu kimi, düşüncələri, dünya görüşləri də müxtəlif olur. Bu problemləri aradan qaldırmaqda o üzdən cətinlik yaradır.
Buna görə də problemlərin aradan qaldırılmasını təkcə Fuad Muradovdan gözləmək doğru olmaz. Hər birimiz dövlətimiz, dövlətçiliyimiz naminə Ulu öndər Heydər Əliyevin biz dünyaya səpələnmiş azərbaycanlılara miras qoyduğu Diasporla İş üzrə Dövlət Komitəsinin ətrafında sıx birləşərək yeni sədr Fuad Muradovla birlikdə bu problemlərin aradan qaldırılmasına nail olmalıyıq. Elə ona görə də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Almanyada, Fransada, İsveçrədə və digər ölkələrdə Azərbaycan diaspor təşkilatlarını bir araya toplayaraq Koordinasiya şuralarının yararatmaqla problemlərin birgə həllinə çalışması xaricdə fəaliyyət göstərən azərbaycan diaspora təşkilatları tərəfindən yüksək qiymətləndirilir.
Unutmamalıyıq ki, mustəqilliyimizi əldə etdiyimiz az bir zamanda istər Ulu öndər Heydar Əliyev, istərsə də Cənab Prezident İlham Əliyevin diaspor quruculuğu siyasəti sayəsində dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın verdikləri tövhələr nəticəsində Azərbaycan diasporu ayrı-ayrı problemlərin olmasına baxmayaraq, dünyanın inkişaf etmiş diasporaları sırasında öz yerini tutur.

– Bu yaxınlarda erməni lobbisi ABŞ-da küçələrdən birinə \”Arsax\” adının verilməsinə nail olublar. Bəs Azərbaycan diasporu da Avropa ölkələrində hər hansı küçə və prospektə Qarabağ adının verilməsi üçün hansı cəhdlər edir?

– Bilirsiniz, nə vaxta qədər ki, biz erməni diasporunu bu qədər şişirdib dağ başına qoyacağıqsa, o vaxta qədər də öz gördüyümüz işlərin dəyərini bilməyəcəyik. Baxın yüz illərdir ki, Amerikada diaspor fəaliyyəti ilə məşğul olam ermənilər erməni soyqrımını tanıda bilməyiblər. Yaxud da ABŞ-ın 21 ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilən qərarların qarşısını erməni lobbisi ala bilməyib. Bu gün Xocalı faciəsini tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar, parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar var. 2010-cu ildən indiyədək ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib. Bunlardan 16 ştat Xocalı soyqırımını rəsmən tanıyıb.
Həmçinin, 24 fevral 2008-ci il tarixində Hollandiyanın Haaqa şəhərində Xocalı soyqırımına aid ilk abidə qoyulub.
30 may 2011-ci il tarixində isə Almaniyanın Berlin şəhərində Xocalı soyqırımına aid abidənin açılışı olub.
24 fevral 2012-ci il tarixində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalı soyqırımına aid abidə qoyulub.
23 avqust 2012-ci il tarixində Meksikada Xocalı soyqırımına aid abidə ucaldılıb. Həmin abidə Tlakskoake – Xocalı meydanında yerləşir.
Zamanlama baxımında görmək olar ki, az bir müddət ərzində biz ermənilərin lobbiçilik siyasətini zəyiflətməyə doğru gedirik.

– Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədri Ağadadaş Kərimovun qızının erməni oğlanla ailə həyatı qurması Azərbaycanda çox mənfi qarşılandı. Bu cür hallara diaspora rəhbəri kimi sizin münasibətiniz necədir?

– Qarabağ boyda urəyində yarası, dərdi olan bir xanım kimi, əlbətdə ki, bu hadisəni böyük ürək ağrısı ilə qaşıladım. Ağadadaş Kərimovu azərbaycanlı adlandırmaq olmaz.

“Ağadadaş Kərimovu azərbaycanlı adlandırmaq olmaz” — AAK rəsmisindən qızının erməniyə ərə verən şəxslə bağlı AÇIQLAMALAR

İnterpress.az