Səudiyyəli jurnalist ölüm anını telefonuna çəkib sevgilisinə göndəribbackend

Səudiyyəli jurnalist ölüm anını telefonuna çəkib sevgilisinə göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, türk mətbuatının yazdığına görə, Camal Kaşıkçı dindirilmə və öldürülmə anını “Apple Watch” saatına qeyd edə bilib.

Məlumata görə, Səudiyyə Ərəbistanı konsulluğuna gəlmədən əvvəl jurnalist “iPhone” markalı telefonunu sevgilisində saxlayıb. Sonra isə saatını “qeyd” rejiminə keçirib. Devayslar sinxronizə edilib və dindirilmə, işgəncə və ölümün audio səs yazısı smartfona ötürülüb. Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları faylı silmək istəsələr də, fayl artıq “Apple iCloud”a düşüb.

“Washington Post” qəzetində icmalçı işləyən Camal Kaşıkçı 2017-ci ildən ABŞ-da yaşayır. O, 2 oktyabr tarixində İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və itkin düşüb. Ər-Riyad jurnalistin itkin düşməsinə heç bir aidiyyatı olmadığını deyir. Bu işi Səudiyyə Ərəbistanı və Türkiyə hüquq-mühafizə orqanları birgə aparırlar. (ölkə.az)

İnterpress.az