Berkaydan Arda ilə bağlı ilk açıqlama: “Qorxaq…”backend

Berkaydan Arda ilə bağlı ilk açıqlama: “Qorxaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bu dəfə Berkay açıqlama yayıb. Sənətçinin mediaya ünvanladığı məktubu təqdim edirik:
“Burada önəmli olan Arda və Berkay deyil. Hadisədən zərər çəkən iki qadın var: biri anadır, o biri ana olmağa hazırlaşır. Hər iki qadının pis olacağı hadisə yaşanıb. Buna görə də qarşı tərəfin edə bilmədiyini edib həyat yoldaşımdan və Aslıhan Turandan üzr istəyirəm. Kişi dava edər, yumruq da atar. Ancaq arvadını evə qoyub, yarım saata qayıdacağam deyən birinə xəbəri olmadan hücum etmək qorxaqlıqdır.

Ona, dostlarına və araya girməyə çalışanlara bunu demək istəyirəm: Şikayət etməyimi istəmirsiniz, yaxşı etməyəcəm. Amma iki şərtim var: məndən, arvadımdan və öz arvadından bu hadisəyə görə utandığını deyəcək və üzr istəyəcək. Sözlə təcavüz etdiyi üçün utandığını söyləyəcək. Ondan sonra biz onunla iki kişi oturub danışacağıq.

Bunları etdikdən sonra mən şikayətimi geri götürəcəm. Bütün olanlardan sonra qarşı tərəf axmaq açıqlamalar yayaraq, nə gəldi danışır və özünü təmizə çıxartmağa çalışır\”.

Xatırladaq ki, Berkay və Ardanın mübahisəsinə səbəb, onun müğənninin həyat yoldaşı Özlem Adaya söz atması olub. (Axşam.az)

İnterpress.az