Gələn ay Bakıda Dünya Kuboku keçiriləcəkbackend

Gələn ay Bakıda Dünya Kuboku keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, noyabrın 17-18-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kuboku ilk dəfə ölkəmizdə təşkil olunacaq.

İki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaq. İlkin sifarişə əsasən, Azərbaycan akrobatları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçib.

İnterpress.az