Daha bir Azərbaycan-Türkiyə meqalayihəsibackend

Daha bir Azərbaycan-Türkiyə meqalayihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir bölgəsində Azərbaycanın yatırdığı milyardlarla dollarlıq investisiya hesabına başa gələn nəhəng “Star” neftayırma və kimya kompleksinin açılışına hazırlıq gedir.

İnterpress.az xəbər verir ki, kompleksin açılışı bu həftənin cümə günü-oktyabrın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə baş tutacaq.

Neftayırma kompleksi bu ilin avqustunda işə düşüb və zavodun sınaqdan keçirilməsi üçün “Azeri Light” neftindən istifadə edilib. Lakin gələcəkdə zavod daha ucuz xammal kimi Rusiya neftindən istifadə edəcək.

İzmirin Əliağa bölgəsində inşa edilən “Star” kompleksinin tikintisi 2011-ci ildə başlayıb və Azərbaycan bu layihəyə 6.3 milyard dollar yatırıb.

“Star Rafineri”nin icraçı direktoru Mesut İlter deyib ki, bu layihə SOCAR-ın Türkiyəyə yatırmağı planlaşdırdığı 20 milyard dollarlıq investisiyanın əhəmiyyətli hissəsini təşkil edir.

“Bu kompleks neft-kimya xammalı ilə yanaşı ölkə üçün strateji əhəmiyyətə malik olan dizel yanacağı, qırıcı təyyarələr üçün yanacaq və LPG də istehsal edərək ölkə iqtisadiyyatına önəmli dəstək verəcək”- o bildirib.

Mesut İlter qeyd edib ki, Türkiyə iqtisadiyyatına birbaşa xarici investisiyaların qoyuluşunun azaldığı bir vaxtda bu layihənin xüsusi önəmi var.

İnterpress.az