Tramp daha bir ölkəyə xəbərdarlıq etdibackend

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

“ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir.

İnterpress.az