Badamdarda yenidən uçqun baş verdibackend

Badamdarda yenidən uçqun baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən verilən məlumatda deyilir.

Bildirilir ki, RSXM-nin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İnterpress.az