Cinayət dəlili tapıldı- Baş konsul ölkədən qaçdıbackend

Cinayət dəlili tapıldı- Baş konsul ölkədən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Associated Press” xəbər agentliyinin yaydığı məlumata görə, itkin düşən jurnalist Camal Kaşıkçının öldürülməsinə dair konsolluğunda sübut tapılıb.

Adını gizli saxlayan Türkiyə rəsmisinə istinadən edən agentliyin xəbərində bildirilir ki, araşdırma 9 saat davam edib.

“CNN International” isə iddia edib ki, Camal Kaşıkçı öldürülərək cəsədi hissələrə ayrılıb.

“Al Jazeera”nin iddiasında isə jurnalisti qətlə yetirənin kimliyi də açıqlanıb. Belə ki, kanalın verdiyi xəbərə görə, bu şəxs tibbi ekspertiza mütəxəssisi Salah Məhəmməd Əl-Tubaigidir.

www.interpress.az