Birinci vitse-prezidentin tapşırığı icra olundubackend

Birinci vitse-prezidentin tapşırığı icra olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şəhərin sərt iqlim şəraiti şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və şairin abidəsinə öz təsirini göstərmişdi: “Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.
Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb. Nizaminin obrazını Azərbaycan heykəltəraşı Qəyruş Babayev yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulmuşdu. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib”.

www.interpress.az