Daha bir casus separatçı həbs edildibackend

Daha bir casus separatçı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Cari ilin iyunun 21, Ermənistanın xüsusi orqanları tərəfindən əməkdaşlığa cəlb edilən, bir qrup separatçısı Sankt-Peterburq şəhərində “Talış-Muğan Respublikası” adlı terrorçu təşkilatın yaranmasının 25-illiyinə həsr olunmuş icazəli avtoyürüyüş təşkil etmişdilər.

Bu hadisədən müəyyən müddət keçdikdən sonra, casuslardan biri erməni hamilərinin ona verdiyi tapşırığı yerinə yetirmək üçün Azərbaycana gəlib.

Əldə olunan məlumata əsasən, Azərbaycanın güc strukturları Sankt-Peterburqa qayıtmaq niyyətində olan casusu Bakı hava limanında saxlayıblar.

Hal-hazırda o əməliyyatçılara Rusiya ərazisində Azərbaycana qarşı törətdiyi əməlləri etiraf edib.
Saxlanılan şəxsin 23-yaşlı Mirismayıl Mirismayılov olduğu bildirir.
O dəfələrlə Ermənistanda olub və orada erməni terror təşkilatları üçün diversantların hazırlanması mərkəzində təlimlərdə iştirak edib.

İnterpress.az