Gəmidə kütləvi zəhərlənmə- ölənlər varbackend

Gəmidə kütləvi zəhərlənmə- ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəsisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, səkkiz gəmiçi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib:

“Onların vəziyyəti orta ağırdır. Gəmiçilərin nədən zəhərləndiyi bilinmir. Nəticələr analizlərin nəticələrindən sonra bəlli olacaq”.

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən üçü dünyasını dəyişib.

Zəhərlənənlərdən yeddisi xəstəxanaya yerləşdirilib. Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib.

Qeyd olunur ki, zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

İnterpress.az