Nigar Arpadarai Formula 1 azarkeşlərini endirimdən yararlanmağa çağırdıbackend

Nigar Arpadarai Formula 1 azarkeşlərini endirimdən yararlanmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın 16-da start verilib.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
N.Arpadarai deyib ki, Formula 1 azarkeşləri cari ilin sonuna qədər biletləri 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsindən əldə edə bilərlər:

“Müxtəlif qurumların apardığı sorğunun nəticələrinə əsasən ötənilki Formula 1 Azərbaycan Qran-Prisi birinci olub. Azərbaycan Qran-Prisi 2018-ci ildəki yürüşdə “Ən yaxşı” nominasiyasında qalib adına namizəddir. Azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən yararlanmağa çağırırıq. Həmçinin Qran-Pri biletlərinin satışında yerli sakinlər üçün əlavə 25 faizlik endirim tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Cari il keçirilən yarışda 20 faiz yerli, 30 faiz isə xarici bilet satışında artım olub. 2018-ci il Formula 1 Azərbaycan Qran-Prisinin tamaşaçılarının 65 faizini yerli, 35 faizini isə əcnəbi izləyicilər təşkil edirdi. Yarışa 78 fərqli ölkədən 94 mindən çox insan gəlmişdi. Ümid edirik ki, növbəti yarışımızda bu rəqəmlərdə artıma nail olacağıq”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq.

İnterpress.az