Azərbaycanın sabiq naziri vəfat etdi-SON DƏQİQƏbackend

Azərbaycanın sabiq naziri vəfat etdi-SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az A24.az -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın sabiq Maliyə naziri Fikrət Yusifov sosial şəbəkədə məlumat yazıb. Azərbaycanın keçmiş Mənzil-Kommunal Təsərrufatı naziri, Milli Azadlıq Hərəkatının fəallarından olan Sucəddin Mustafa oğlu Abdullayev vəfat edib. O, uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, S.Abdullayev 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, S. Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsininin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıydı.

İnterpress.az