Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək.

Dərc edilib: 22 oktyabr 2018 [10:43]
Baxış sayı: 84104

Global Karyera İnstitutunun təşkilatçılığı, Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin dəstəyi ilə ölkəmizdə “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək.

İnterpress.az
xəbər verir ki, 27 oktyabr 2018-ci ildə baş tutacaq konfrasın açılışında Prezident Yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, San-Diego Dövlət Universitetinin professoru Pietera Fraser, Wollongong Universitetinin Prezidenti professor Mohammed Salam, Türkiyədə fəaliyyət göstrərən Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərkan Erkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və.s natiqlər mühazirə və təqdimatlar edəcəklər.

Odlar Yurdu universitetində keçirilməsi nəzərdə tutulan konfransın əsas məqsədi ölkəmizdə və dünyada təhsil sektorunda baş verən yeniliklər, gələcəkdə təhsil sektorunda gözlənilən yeniliklər, müasir informasiya texnalogiyalarının təhsildə tətbiqi, ümumdünyanı gözləyən yeni strategjiyalardır. Xaricdən konfransa qatılacaq olan qonaqlar ölkəmizdə fəaliyyət göstərən təhsil işçiləri ilə öz fikirlərini bölüşəcək, qarşılıqlı olaraq təcrübənin tətbiqi və öyrənilməsinə dair fikir mübadiləsi edəcəklər. Konfrans zamanı Azərbaycanda son illərdə aparılan uğurlu təhsil strategiyası və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunacaq.

27 oktyabrda baş tutacaq tədbirdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, QHT nümayəndələri, KİV təmsilçiləri və təhsilə marağı olanlar iştrak edəcəklər.

Konfrans iştrakçılarına sonda beynəlxalq sertifkat veriləcək.

Konfrans ilə bağlı əlavə məlumat almaq və iştrak etmək arzusunda olanlar Qlobal Kariyera İnstitunun Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər.

Əlaqə: (+994 50) 335 44 12






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116