Türklüyün yox, Cumhuriyyətlərimizin 100 və 95 illiyibackend

Türklüyün yox, Cumhuriyyətlərimizin 100 və 95 illiyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018 ci il Azərbaycanda Cumhuriyyət ili elan edildiyi üçün il boyunca dövlət və qeyri dövlət, diaspor təşkilatları tərəfindən çox sayda tədbirlər keçirildi. İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda keçirilən tədbirlərin çoxunda birbaşa iştirak etmək imkanım və fürsətim olmadı, amma sizin kimi mən də mediadan izlədim.
Təşkil olunan tədbirlər kiminə görə yüksək, kiminə görə isə aşağı səviyyəli qiymətləndirilə bilər. Təbii ki, işin içində olmayanlara tənqid etmək və uzaqdan qəhrəmanlıq çox asandı. Təşkilatçılıq zamanı hansı əngəl və çətinliklərlə qarşılaşıldığını izləyici bilməz, nəticəyə baxar. Nəticəni dəyərləndirərkən qəribədir ki, çoxumuzun dilindən də tərif çıxmaz. Çox xəsislik edirik bu barədə. Görülən işi pisləmək və tənqid etmək üçün isə çox səxavətliyik. Amma bu da anlaşılandı. Tənqid olmasa dəyişikliklər olmaz, keyfiyyət olmaz.

Hamımız bilirik ki, ortaya keyfiyyətli iş qoymaq yüksək maliyyə tələb edir. Səbr və peşəkarlıq da əsas şərtdir, amma maliyyə bir çox şeyin önündə gəlir. Tədbir demək, insanlarla işləmək, onları bir araya toplamaq deməkdir. Bu isə ən çətinidir. Amma bütün çətinliklərə baxmayaraq, biz evdə oturarkən səhər axşam demədən çalışan insanlar olur ki, ən çətin işlər də onların üzərinə düşür. Tədbir xarici ölkədədirsə iştirakçıların biletləri alınır, otel, yemək və rahatlığımız üçün hər ehtiyaclar ödənir. Bunları təmin etmək üçün nə çətinliklərdən keçildiyini bəzən düşünmədən yer bəyənmirik, təyyarə biletlərinə, otel və kiçik məsələlərə çox böyük reaksiyalar veririk.
26 Oktyabırda da İpək Yolu Strateji Araşdırmalar mərkəzinin (İPAR) ve Azərbaycan Türkiye Evinin (ATEV) İstanbulda birlikdə əziyyət və həvəslə hazırladığı Azərbaycan Cumhuriyyətinin 100, Türkiyə Cumhuriyyətinin isə 95 illiyinə həsr olunmuş “Bir Millət, İki dövlət” tədbirinə dəvət olundum. Xalq şairi Sabir Rüstəmxanlının tədbirdə dediyi kimi,Türklüyün yox, Cumhuriyyətlərimizin 100 və 95 illiyi.

Bir izləyici kimi qatıldığım bu tədbir əsnasında çıxışçıları dinləyərkən hamımızın bildiyi, amma qiymətini və önəmini unutduğumuz məqamları düşündüm. Böyük Osmanlı imperiyasının davamçısı, dünyaya hökm edən impertorluq olduğu halda, böyük mədəniyyətləri özündə birləşdirsə də kiçik və hər zaman işğala uğrayan Azərbaycan Şərqdə ilk demokratik Cumhuriyyət qurmuşdu, İlk dəfə qadına səs vermək hüququ verməklə İslam ölkələrinin hələ də müzakirə etdiyi, Avropanın isə bu gün çox önəm verdiyi gender bərabərliyini yaşayırdı. Siyasi və sosial çətinliklər, daxildə və xaricdə olan çəkişmələrə baxmayaraq mədəniyyəti də unutmayıb şərqdə ilk operanı yazan qadınımız da olmuşdu. Teatr, mətbuat da qurulub elm, təhsil və mədəniyyəti də bərabərində daşıya bilmişik.

İlk demokratik cumhuriyyətimizin ömrü qısa ola bilər, amma böyük imperatorluq və krallıqlar olduğu bir zamanda biz cəmiyyət olaraq bəzi dəyərlərin fərqinə daha tez varmışıq, daha erkən anlamışıq. Qadın və kişiyə bərabər hüquqlar vermişik. Bunlar bir millətin, xalqın kökdən gələn ənənələrini, dəyərlərini göstərən amillərdir. Bu cumhuriyyət qısa sürə bilər, amma ilk insani və ümumbəşəri dəyərlərlə ayaqda durmağa çalışdı. Bunlar bir dövlətin tarixində şanlı səhifələrdi.

Bu yazdıqlarım pafos deyil, nə üçün Amerikanın, Avropanın ilklərinə baxıb həsrət aparaq, öz ölkəmizin qürur duyulacaq ilklərinə isə ağız büzüb, pafos adlandıraq? Müstəqilliyimizi 1 il doyunca yaşamadan itirdik. Sadəcə müstəqilliyimizi deyil, haqqlarımızı da itirdik. Bu tədbirdə yenə Sabir Rüstəmxanlının dediyi kimi nə Türklüyümüzü, nə də din və hüquqlarımızı rahat şəkildə yaşaya bilmədik. Türk deməyə qorxanlar Türklüyü şərəf bilənlərdən “Donos” lar yazmağa başladı. 1937 ci illəri yaşadıq. Ziyalılarımızı sürgünlərdə itirdik, amma bu çətin illərlə yanaşı fəxr ediləcək hadisəər də yaşadıq. Tədbirdə Tənzilə Rüstəmxanlının çıxışında dediyi kimi, 1918-inci ildə Qafqaz İslam ordusunun ən çətin anda yanımızda olması, işğalçılarla birgə mübarizəsi də Türkün Türkə verdiyi dəyərdir. Bir də çox xoşuma gələn bir ifdə işlətdi ATEV başqanı: “Türkiyə türk millitinin döyünən ürəyidir”

Elə bunun kimi dəyərlər bizim ikinci dəfə ayağa qalxıb müstəqilliyimizi qazanmağımıza güc olmuşdu .Yəni 1990 cı illər…

Bu qədər sosial və siyazi çətinliklərin içində bir də Qarabağ savaşını yaşadıq. Bu illərdə cəmiyyət Qeyri-Hökümət və Beynəlxalq təşkilatları tanımağa başladı. İlk yaranan Təşkilatlardan biri Azərbaycan-Türk Qadınlar Birliyi və yenə bu illərdə Sovet hakimiyyətinin əsas prioritetlərindən olan Azərbaycan və Türkiyə hicranı “TürkSoy” təşkilatı ilə vüsalı dadmağa başladı. Yəqin ki, çoxunuz Seyfullah Türksoyun Türk cumhuriyyətlərindən hazırladığı verilişləri bilirsiniz. Bu proqramlarda Türklər olaraq bir-birimizi daha da yaxından tanımaq imkanımız olmuşdu.

O gün bu gündür ilk quruluş qayələrindən sapmadan çalışan bu iki təşkilat və qurucuları zamanın tələbinə ayaq uydurmaq yox, tam tərsi hər kəsin belə davrandığı zamanda doğrularından əsla pay vermədilər.

İstanbuldakı “Bir millət iki dövlət” tədbirini də elə bu insanlar təşkil etmişdi. Tənzilə Rüstəmxanlı və Seyfullah Türksoy. İndi bir çoxunun dəb hesab etdiyi və Türkçülükdən dərs keçməyə çalışdıqları elə o nəzəriyyəni yazan insanlar…

İndi dəbdir deyib Türklükdən danışan insanlara ilk cığırı açan insanlar…

Qorxuludur deyib Türk sözünü ağzına belə almayan insanlara əslində bütün qorxuları yenməyi göstərən insanlar…

Bəlkə insanlar düşünə bilər ki, iki ölkə arasında bağlar onsuz da güclüdür və bu cür tədbirlərin başqa olkələrdə olması daha məqsədə uyğun olar. Amma mən biraz fərqli düşünürəm. Zamanla qarşılaşdığımız elə hadisələr olur ki, düşünürsən ki,hələ də bu iki ölkənin bir biri ilə işləməsinə böyük ehtiyac var. Bu baxımdan Tənzilə Rüstəmxanlı, Sabir Rüstəmxanlı, Seyfullah Türksoy Türkiyə və Azərbaycan arasındakı ən sağlam körpülərdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirlə bağlı göndərdiyi məktubda bu insanları nə qədər yüksək qiymətləndirdiyini gördük. Özü gələ bilməsə də bu insanların əməyinin önəm və əhəmiyyətini iştirakçılara çatdırdı. Bu əməyə və görülən işlərə verilən dəyərdir.

Türkiyə dövləti və hökümətləri hər zaman Azərbaycan məsələsində çox həssas olub.

TİKA-nın bu İstanbuldakı keçirilən bu tədbirə verdiyi dəsdək verməsi, Türk iş adamlarının, türk medyasının bu tədbirdə yüksək səviyədə təmsil olunması bu həssaslığın göstəricisidir. Palmali Şirkətlər qrupunun sahibi Mübariz Məsimov da üzərinə düşən vətəndaşlıq və Azərbaycanlı borcunu yerinə yetirmişdi.
Türkmənistanın, Özbəkistanın, KKTC-nin və digər ölkələrin diplamatik korpuslarının tədbirdə yüksək səviyədə iştirakı Azərbaycan adına çox önəm daşıyırdı. Tədbirdə çıxış edən hər kəs Azərbaycanın bir dövlət olarak türk dünyasındakı tarixi əhəmiyyətindən danışdı.

Adəti üzrə bu tədbirlərin davam etməsi arzularını etməyəcəm çünki bu insanlar üçün bu arzu mərhələsini şoxdan keçib. Davamlı gördükləri işdir deyə, sadəcə başqalarının da bunun əhəmiyyətini anlayıb bu işlərdə birlikdə çalışmağı, zərərdən çox dəstək olmalarını diləyirəm.

İnterpress.az