Gənclər Fondu gələn ildən 50 min manatadək kreditlər verəcəkbackend

Gənclər Fondu gələn ildən 50 min manatadək kreditlər verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov məlumat verib.
O bildirib ki, kreditlər üç istiqamətdə veriləcək. Layihələrə veriləcək kreditlər innovativ xarakter daşıyacaq. Kreditlər illik 4-5 faizlik uzun müddətli veriləcək. Ümumilikdə isə Fond tərəfindən 50 manatadək güzəştli kreditlər veriləcək.
Qeyd edək ki, bu ilin avqust ayında prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, fondun vəsaiti hesabına güzəştli kreditlər gənclərə müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək.
Müvəkkil kredit təşkilatının müsbət qiymətləndirdiyi layihələrə dair məlumatların və sənədlərin siyahısını Fond müəyyən edəcək.

İnterpress.az