Cüdoçularımız bir gündə üç qızıl medal qazandıbackend

Cüdoçularımız bir gündə üç qızıl medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, üç cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb.

Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerskaya (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər üç cüdoçumuza Qran Prinin qızıl medalı təqdim olunub və onların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üç rəngli bayrağımız yüksəldilib.

Beləliklə cüdoçularımız Daşkənd turnirini üç qızıl və bir bürünc medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə bürünc medala sahib olmuşdu.

İnterpress.az