Azərbaycanda mənşəyi məlum olmayan yarım ton ət aşkarlanıbbackend

Azərbaycanda mənşəyi məlum olmayan yarım ton ət aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.

Birgə tədbirlərlə noyabrın 15-də Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az