Ramil Quliyev Türkiyə ordusundabackend

Ramil Quliyev Türkiyə ordusunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 417 əsgər arasında Türkiyəni təmsil edən Ramil Quliyevlə yanaşı iş adamı Aydın Doğanın nəvəsi Alihan Yalçındağ da olub.

Quliyev Instagram-da türk dilində bu barədə bunları yazıb:

“Hər türk əsgər doğar! Vətən borcumu tamamlayıb bu gün (dünən) tərxis oldum. Bu gün əsgərlik vəzifəsini tamamlayan bütün mehmetçik qardaşlarımı da təbrik edirəm. Və bütün mehmetçiklərə yaxşı xidmətlər arzulayıram”.

Bundan sonra idmançının izləyiciləri olan türklər Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq buna görə Ramil Quliyevə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, bu 417 əsgərin hərbi xidməti bədəlli olub. Onlar andiçmədən sonra evə buraxılıb.

İnterpress.az