Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşırbackend

Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “turkmenportal” nəşrinə istinadən xəbərinə görə, səfərə hazırlıq barədə hökumətin iclasında Türkmənistan xarici işlər naziri, baş nazirin müavini Rəşid Mərədov məlumat verib.

Türkmənistanın Dövlət İnformasiya Agentliyi bildirir ki, danışıqların yekununda ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənədlərin imzalanması gözlənilir.

Prezident Qurbanqulu Berdıməhəmmədov qeyd edib ki, dostluq əlaqələri yeni mərhələyə qədəm basmış Türkmənistan və Azərbaycanın əməkdaşlıq üçün böyük perspektivləri var.

Q.Berdıməhəmmədov qarşıdan gələn görüşün iki ölkənin münasibətlərində yeni mərhələ açacağına əmin olduğunu bəyan edərək, Rəşid Mərədova Azərbaycan prezidentini qarşılamaq üçün hazırlıq işlərini yüksək səviyyədə qurmağı tapşırıb.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

İnterpress.az