Şəkidə maşın aşıb: 1 nəfər ölüb, 3-ü yaralanıbbackend

Şəkidə maşın aşıb: 1 nəfər ölüb, 3-ü yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ ki, şəxsiyyəti bilinməyən Bolludərə kənd sakini sükanı arxasında olduğu “Chevrolet Niva” markalı, \”99-MG-416\” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəzadan sonra sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan rayonun Bolludərə kənd sakinləri – 1990-cı il təvəllüdlü İsmayıl Bəhram oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Xəyalə Elxan qızı Əhmədova və Xəyalənin övladı Həmayə Elçin qızı Əhmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralıların müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır və orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az