Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



NATO Rusiyanı hədələdi: "Etdiklərinin bölgədəki sabitliyi pozduğunu anlamalıdırlar"

Ukrayna bazar ertəsi Kerç boğazında baş vermiş hadisə ilə bağlı detallı məlumatları NATO-ya təqdim edib.

Dərc edilib: 27 noyabr 2018 [14:55]
Baxış sayı: 36208

İnterpress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Ukraynada hərbi vəziyyət haqqında danışan baş katib bunun seçkilər öncəsi demokratik proseslərə təsir etməyəcəyinə ümid etdiyini qeyd edib.

“Ukrayna ötən gün baş verənlər barədə NATO-ya ətraflı məlumat verdi. Biz Ukrayna hökumətinə dəstəyimizi davam etdirəcəyik. Onlarla daim təmasdayıq. Dünən gördüklərimiz arzuolunmaz idi, çünki hərbi gücdən istifadə edildi. Bu, bölgədəki vəziyyəti gərginləşdirir”, – deyə Stoltenberq Ukrayna-NATO komissiyasının iclasının yekununda vurğulayıb.

“Biz Rusiyanı dərhal Ukrayna dənizçiləri və gəmilərini azad etməyə çağırırıq”, — deyə o əlavə edib.

Baş katib alyansın Kerç boğazındakı vəziyyətlə bağlı konkret hansı addımları atmaq niyyətində olduqları barədə suala, “Vəziyyəti çox yaxından təqib edirik və biz başqa nə edə biləcəyimizi daim qiymətləndiririk, çünki Rusiya hərəkətlərinin fəsadlara səbəb olduğunu başa düşməlidir”, – deyə cavab verib.

Stoltenberq əvvəllər Ukraynaya dəstək olaraq texniki yardım və Rusiyaya qarşı iqtisadi sanksiyalar da daxil olmaqla müttəfiqlər tərəfindən görülən tədbirləri sadalayıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 84