“Avropa bankı” Azərbaycan iqtisadiyyatını təhlil etdi – AÇIQLAMAbackend

“Avropa bankı” Azərbaycan iqtisadiyyatını təhlil etdi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AYİB-nin “Transition Report 2018-19” hesabatına görə, 2018-ci ilin doqquz ayında iqtisadi artım 0,8% olub, qeyri-neft sektorunda artım tepmləri isə 1%-dək azalıb.

İnflyasiyanın azalmasının nəticəsi olaraq Mərkəzi Bank uçot dərəcəsini 15%-dən 9,75%-dək endirib.

Bankın analitikləri hesab edirlər ki, 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoruna kapital qoyuluşları artıb, ümumilikdə isə son beş ildə iqtisadiyyata kapital qoyuluşlarının ümumi həcminin azalması müşahidə edilir.

“Neftin daha yüksək qiyməti xarici balansların möhkəmlənməsi və milli valyutanın məzənnəsinin stabilləşməsinə imkan yaradır. Cari əməliyyatlar hesabının profisiti artır və 2018-ci ilin yekunları üzrə ÜDM-in 6,6%-ni təşkil edəcək”.

AYİB qeyri-neft mallarının və xidmətlərinin artdığını və xarici ticarətdə müsbət tendensiyaların olduğunu qeyd edib.

Hesabata görə, Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta ehtiyatları bərpa olunmağa başlayıb və artıq kifayət qədər likvidlik buferi yaranıb.

“Proqnozlarımıza əsasən, 2018-ci ildə Azərbaycanda real ÜDM 1,5% və 2019-cu ildə 3,5% təşkil edəcək. Yaxın artım perspektivləri neftin qiymətinin nisbətən stabil tendensiyası, qaz hasilatı və ixracı imkanlarının daim genişlənməsi ilə dəstəklənir”.

AYİB hökuməti bank sektorunun restrukturlaşdırılması prosesinin tamamlanması üçün qətiyyətli addımlar atmağa çağırıb.

“Azərbaycanın Beynəlxalq Bankı”nın (ABB) özəlləşdirilməsi bank sistemində riskin azalmasının əsas prioritetlərindən biridir və mümkün qədər tez həyata keçirilməlidir. Qeyri-işlək kreditlər, bəzi banklarda kapital çatışmazlığı ilə bağlı problemləri həll etmək, eləcə də, maliyyə tənzimləyicisinin – Maliyyə Bazarlarına Nəzarət Palatasının müstəqilliyini gücləndirmək lazımdır”, – deyə məlumatda qeyd edilir.

AYİB kölgə iqtisadiyyatının həcminin azaldılması üçün vergi inzibatçılığı sahəsində islahatları dəstəkləyib. Prioritetlərdən biri kimi vergi bazasının genişləndirilməsi və vergi güzəştlərinin azaldılması hesabına kölgə iqtisadiyyatının həcminin aşağı salınmasının vacibliyini vurğulayır.

Qeyd edək ki, AYİB-in “Beynəlxalq Bank”la bağlı maraqları bir neçə dəfə rəsmi səviyyədə təsdiqlənib. Hesab olunur ki, AYİB Azərbaycanın ən iri bankının səhmdarı ola bilər.

İnterpress.az