“2030-cu ildən gəlmişəm” deyən şəxsdən şok açıqlamalar: Sənəd-sübut da göstərdi – FOTObackend

“2030-cu ildən gəlmişəm” deyən şəxsdən şok açıqlamalar: Sənəd-sübut da göstərdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2030-cu ildən gəldiyini iddia edən Noah adlı şəxs, sübut olaraq gələcəkdən gətirdiyi sənədləri göstərib.

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, insanları gələcəkdə baş verəcək hadisələrlə bağlı məlumatlandıran Noahın son paylaşımı hər kəsi təəccübləndirib.

O, yeni videosunda gələcəkdə baş verəcək qlobal fəlakətlərdən danışıb. Noahın dediyinə görə, ABŞ-gələcəkdə təbii fəlakətlər, güclü sellər gözləyir. Bu fəlakətlər səbəbilə ABŞ-nın xəritəsinin də dəyişəcəyini bildirən Noah, xəritənin şəklini paylaşıb. Xəritədə Kaliforniya və Florida ştatlarının olmaması diqqət çəkib.

Noah, əlindəki xəritə ilə ABŞ-nın sahil ştatlarında yaşayan insanlara xəbərdarlıq edib. Videonu izləyənlər isə bu açıqlamaları yalan hesab ediblər. İzləyicilərdən biri, 11 ildə hər hansı dəyişikliyin gözlənilmədiyini və 2007-2018-ci illər arasında heç bir dəyişiklik olmadığı kimi, 2018-2030-cu illər arasında da heç bir fərq olmayacağını bildirib.

İnterpress.az