Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ekspert: Universiteti bitirən gəncdən hansı iş təcrübəsi tələb oluna bilər?

Universitetlərimiz milli əmək bazarında rəqabət aparacaq mütəxəssislər yetişdirə bilmirlər.

Dərc edilib: 29 noyabr 2018 [18:03]
Baxış sayı: 33126

İnterpress.az xəbərverir ki,bunu Oxu.Az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, təhsil qanunvericiliyinə görə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi оnun nəticəsi kimi səciyyələndirilir:
“Digər tərəfdən, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir.

Bununla belə, ali təhsilin birinci səviyyəsi olan bakalavriatı bitirənlər bir yana, heç magistr elmi dərəcəsi almağa namizəd olanlar belə ixtisası üzrə iş tapmaqda problemlərlə üzləşirlər. Onların təcrübəsizliyi, lazımi bacarıq və vərdişlərə hələ tam yiyələnməmələri əsas gətirilərək, bir müddət təcrübə keçmələri, əlavə kursları bitirmələri tələb olunur”.
Ekspert bildirib ki, təcrübə keçməyən tələbələr nəticədə əlavə kurslara üz tuturlar:

“Universitetlərimiz lazımi bacarıq və vərdişlər tələb olunan səviyyəyə yiyələnən, beynəlxalq bir yana, milli əmək bazarında belə rəqabət qabiliyyəti olan mütəxəssislər yetişdirə bilmirlər. Ya da ki, işəgötürənlərimiz mövcud tələbatdan artıq olan kadr bolluğundan istifadə edərək, öz şəxsi və korporativ maraqlarına uyğun şəkildə davranırlar.

Ali və ya orta ixtisas təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər? Bu təcrübənin qazanılması üçün təhsil aldıqları müəssisələrdə onlara lazımi şərait yaradılmalıdır.

Digər tərəfdən, əmək fəaliyyətinə başlamaq üçün imkan yaradılmalıdır ki, onlar bu təcrübəni məhz iş prosesində qazansınlar. Əks təqdirdə, “Bugünkü gənclərə geniş yol açmaq lazımdır” kimi məqsədimiz elə məqsəd olaraq da qalacaq”.

“İstəsək də, istəməsək də, səmimi etiraf etməliyik ki, ali və orta ixtisas təhsil müəssisələrində, əsasən, “bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə daha çox üstünlük verilir, nəinki praktiki bacarıq və vərdişlərin aşılanmasına.

Əlavə kurslara meyil və maraq məhz bu faktorla əlaqədardır. Buna görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur.

Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir.

Bu, özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur”, - deyə Nadir İsrafilov qeyd edib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86