Çempionlar Liqasında 2018-2019 mövsümünün keçirilmə qaydası və təqvimi açıqlanıbbackend

Çempionlar Liqasında 2018-2019 mövsümünün keçirilmə qaydası və təqvimi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təsnifat mərhələsindəki hər bir komanda isə Avropa Liqasında oynamaq üçün ikinci şans qazanacaq.

17 komanda Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqəyə yiyələnəcək. Qalan 31 klubdan 10-u Çempionlar Liqasının \”pley-off\”, 21-i isə iki müxtəlif istiqamət – Çempionlar Liqası və Avropa Liqasından gələcək.

Çempionlar Liqasının təsnifat mərhələsi üçün \”uduzan çıxır\” prinsipi üzrə mini-turnir, Avropa Liqası üçün isə ev-səfər prinsipi üzrə ilkin mərhələ təşkil olunacaq.

Qrup mərhələsinin formatı dəyişməyəcək. Lakin Çempionlar Liqası və Avropa Liqasının oyunları üçün başlama saatı Avropa vaxtı ilə 18:55 (Bakı vaxtı ilə 20:55 və ya 21:55) və 21:00 (23:00 və ya 24:00) müəyyənləşdirilib.

Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələrin sahibləri bunlar olacaq:

Çempionlar Liqasında 2017-2018 mövsümünün qalibi (1);

Avropa Liqasında 2017-2018 mövsümünün qalibi (1);

UEFA reytinqində ilk 4 yeri tutan İspaniya, Almaniya, İngiltərə və İtaliya hərəyə 4 komanda ilə (16);

UEFA reytinqində 5-6-cı yerləri tutan Fransa və Rusiya hərəyə 2 komanda ilə (4);

UEFA reytinqində 7 – 10-cu yerləri tutan Portuqaliya, Ukrayna, Belçika və Türkiyə hərəyə 1 komanda ilə (4)

Çempionlar Liqasının qalibi daxili çempionatında tutduqları yer vasitəsilə qrup mərhələsinə vəsiqə qazanarsa, vakant vəsiqə UEFA reytinqində 11-ci yeri tutan (Çexiya) ölkənin təmsilçisinə veriləcək. Həmin komanda Çempionlar Yolundan mübarizəyə qoşulacaq;

Avropa Liqasının qalibi daxili çempionatdan da qrup mərhələsinə vəsiqə qazanarsa, vakant vəsiqə UEFA reytinqində 5-ci yeri tutan (Fransa) ölkənin 3-cü komandasına veriləcək. Həmin komanda Liqa yolundan mübarizəyə qoşulacaq;

Qrup mərhələsində maksimum 5 klubla təmsil olunmağa icazə veriləcək.

Çempionlar Yolu (4 vəsiqə)

Bu yolla 11-ci yerdən aşağı pillələrdə qərarlaşmış milli assosiasiyalar ilkin, 3 seçmə mərhələ və pley-offu keçməklə, vəsiqə qazana biləcəklər.

İlkin mərhələ: \”Uduzan-çıxır\” prinsipi üzrə mini-turnirdə 4 komanda çıxış edəcək;

I təsnifat mərhələsi: 33 komanda və ilkin mərhələnin qalibi çıxış edəcək;

II təsnifat mərhələsi: 3 komanda və I təsnifat mərhələsinin 17 qalibi;

III təsnifat mərhələsi: 2 komanda və II təsnifat mərhələsinin 10 qalibi;

Pley-off: 2 komanda və III təsnifat mərhələsinin 6 qalibi.

İlkin mərhələdən III təsnifat mərhələsinədək keçirilmiş qarşılaşmalarda uduzan bütün komandalara Avropa Liqasında uğur qazanma şansı veriləcək. Burada onlar Avroliqanın müvafiq mərhələsində Çempionlar Yolunda çıxış edəcəklər. Pley-off mərhələsində mübarizəni dayandıranlar Avroliqanın qrup mərhələsinə avtomatik vəsiqə qazanacaqlar.

Liqa Yolu (2 vəsiqə)

Burada UEFA reytinqində 5-6-cı yerləri tutan ölkələrin 3-cü komandaları, habelə, 7 – 15-ci yerlərdəki ölkələrin vitse-çempionları çıxış edəcək. Ümumilikdə 3 seçmə mərhələ keçiriləcək:

II təsnifat mərhələsi: 6 komanda;

III təsnifat mərhələsi: 5 komanda və II təsnifat mərhələsinin 3 qalibi;

Pley-off: III təsnifat mərhələsinin 4 qalibi.

II təsnifat mərhələsində uduzanlar mübarizəni Avropa Liqasının Liqa yolu üzrə III təsnifat mərhələsində davam etdirəcəklər. III təsnifat mərhələsində və ya pley-offda uduzanlar birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəklər.

Çempionlar Liqası, 2018-2019 mövsümünün təqvimi

26 iyun: ilkin mərhələ, ilk oyunlar

29 oyun: ilkin mərhələ, cavab oyunları

10/11 iyul: I təsnifat mərhələsi, ilk oyunlar

17/18 iyul: I təsnifat mərhələsi, cavab oyunları

24/25 iyul: II təsnifat mərhələsi, ilk oyunlar

31 iyul/1 avqust: II təsnifat mərhələsi, cavab oyunları

7/8 avqust: III təsnifat mərhələsi, ilk oyunlar

14 avqust: III təsnifat mərhələsi, cavab oyunları

21/22 avqust: Pley-off mərhələsi, ilk oyunlar

28/29 avqust: Pley-off mərhələsi, cavab oyunları

18/19 sentyabr: Qrup mərhələsi, I tur

2/3 oktyabr: Qrup mərhələsi, II tur

23/24 oktyabr: Qrup mərhələsi, III tur

6/7 noyabr: Qrup mərhələsi, IV tur

27/28 noyabr: Qrup mərhələsi, V tur

11/12 dekabr: Qrup mərhələsi, VI tur

12/13/19/20 fevral: 1/8 final, ilk oyunlar

5/6/12/13 mart: 1/8 final, cavab oyunları

9/10 aprel: 1/4 final, ilk oyunlar

16/17 aprel: 1/4 final, cavab oyunları

30 aprel/1 may: Yarımfinal, ilk oyunlar

7/8 may: Yarımfinal, cavab oyunları

1 İyun: Final

Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən Çempionlar Yolu üzrə mübarizəyə başlayacaq.

İnterpress.az