Bakıda qayınanası və arvadını öldürən şəxs məhkəmədə özünü təqsirli bilibbackend

Bakıda qayınanası və arvadını öldürən şəxs məhkəmədə özünü təqsirli bilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə R.İsmayılov özünü təqsirli bildiyini söyləyib.

Daha sonra sərbəst ifadə verən təqsirləndirilən şəxs məhkəmə zalında çox adam olduğu üçün hər şeyi danışa bilməyəcəyini qeyd edib.

O deyib ki, keçmiş həyat yoldaşı Günay İsgəndərova ilə 2006-cı ildə rəsmi şəkildə boşanıb, lakin son vaxtlar bir yerdə yaşayıblar: \”Mən oğlumla Ağdama getmişdim. Orada yaşayan atamın səhhətində problem var idi. Sonra Bakıya qayıtdım. Evə gələndə Günay anası Ətir Şirinovanın yanında Xəyyamla gördüm. Mən tez oğlumu evdən çıxarıb başqa yerə apardım, sonra evə qayıtdım. Bu barədə Günaydan soruşdum. O, Xəyyamın onun sevgilisi olduğunu bildirdi. Anası da təsdiqləyib \”qızımın şəxsi həyatıdır, özü bilər\” dedi. Onların artıq dini kəbinləri də olduğunu öyrəndim. Daha sonra orada mübahisə etdik, sobanın içərisindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq onun qarnına batdı. Anası isə araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram. Bir də özümə gəldim ki, “Avtovağzal”dan rayona gedirəm\”.

R.İsmayılovun sözlərinə görə, hadisədən sonra Ağdam rayonunda yaşayan atasıgilin yanına gedib: \”Rayonda atamgillə sağollaşdım. Sonra polislər gəldi, onlarla getdim\”.

O, ifadəsinin davamında oğluna görə peşman olduğunu bildirib: \”Gərək bunu etməzdim. Amma o, mənim namusuma toxunmuşdu”.

Bu zaman mərhum G.İsgəndərovanın qardaşlarından biri R.İsmayılovu təhqir edib. O, “namusuna toxunmuşdusa, Xəyyamı öldürərədin, ancaq qadınlara gücün çatdı”, – deyə qışqırıb.

Hakim prosesi pozduğu üçün həmin şəxsi zaldan çıxarıb.

Daha sonra şahid qismində mərhum G.İsgəndərovun atası Hüseyn İsgəndərov və qardaşı Sənani İsgəndərov ifadə veriblər. R.İsmayılovun atası Səfər İsmayılov isə ifadə verməkdən imtina edib.

Məhkəmədə elan olunub ki, növbəti iclasda cinayət işində adı keçən Xəyyam adlı şəxs dindiriləcək.

Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama – öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.

Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var.

G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

İnterpress.az