Toliklə Elza arasında DAVA – Polis işə qarışdıbackend

Toliklə Elza arasında DAVA – Polis işə qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Elza tərəfindən məhkəməyə verildiyini Tolikin özü canlı yayımda etiraf edib.

Xəbərə əsasən, Tolik müğənnilər Damla və Elza Seyidcahan arasındakı qalmaqala görə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

Konkret olaraq, Seyidcahan Damlanın fanatları tərəfindən ölümlə hədələndiyini, eyni zamanda, Tolikin bu məsələ ilə bağlı fikirlərini əsas gətirərək, polisə şikayət ərizəsi yazıb. Buna görə polis idarəsinə çağırılan Tolik orada izahat yazmalı olub.

Yenicag.az-a açıqlamasında baş verən insidentdən danışan Elza Seyidcahan onu qəzəbləndirənlərin ünvanına alov püskürüb:

“Mən bu səhər bacımı hava limanından yaşadığı ölkəyə yola salırdım. Kefim kök, damağım çağ. Mən adını çəkdiyiniz o verilişlərə baxmıram.

Yaradıcı insanam, konsertimə hazırlaşıram, evimin xanımıyam, öz dünyam, öz aləmim var. O adamların sözləri mənim üçün milçək mızıltısıdır. Qoy adımla reklam olunub, gündəmdə qalsınlar, məni müzakirə edib, kef eləsinlər.

Elə adamlar var ki, küsüb-barışırsan. Küsəndə küsməyə, barışanda barışmağa dəyər. Elə insanlar da var ki, nə küsməyə, nə barışmağa dəyməz. Çirkli milçəklərdir, qoy vızıldasınlar.

Mən əməkdar artistəm, heç kimin ixtiyarı yoxdur ki, xalqın sənətkarını təhqir etsin. Təhqir edənlər də həm Allah, həm də qanun keşikçiləri tərəfindən cavablarını alırlar. Şükür Allaha, əxlaqım, tərbiyəm göz qabağındadır”

İnterpress.az