Dünyanın ən xoşbəxt ölkələri: Azərbaycan qonşularını üstələyir – SİYAHIbackend

Dünyanın ən xoşbəxt ölkələri: Azərbaycan qonşularını üstələyir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hesabat hazırlanarkən, ölkədə adambaşına düşən ÜDM, sosial dəstək, sağlam həyat tərzi, yaşayış yeri seçmək azadlığı, səxavətlilik və korrupsiya kimi amillər nəzərə alınıb.Birləşmiş Millətlər Təşkilatı 2018-ci il üçün dünya ölkələrinin xoşbəxtlik indeksini açıqlayıb.

Hesabat hazırlanarkən, ölkədə adambaşına düşən ÜDM, sosial dəstək, sağlam həyat tərzi, yaşayış yeri seçmək azadlığı, səxavətlilik və korrupsiya kimi amillər nəzərə alınıb.

Beləliklə bu il dünyanın ən xoşbəxt ölkəsi Finlandiya seçilib. 156 ölkəni əhatə edən siyahıda Azərbaycan 87-ci sırada qərarlaşıb. Ötən ilin reytinqində isə ölkəmiz 85-ci yerdə idi.

Ermənistan 129, Türkiyə 74, Rusiya 59, Gürcüstan 128, İran isə 106-cı sıradadır.

İlk beşlik:
1. Finlandiya
2. Norveç
3. Danimarka
4. İslandiya
5. İsveçrə

Son beşlik:
1. Yəmən
2. Tanzaniya
3. Cənubi Sudan
4. Mərkəzi Afrika Respublikası
5. Burundi

İnterpress.az