Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Maqazin   Video  

RÖYANIN YENİ MAHNISINDAKI BİABIRÇILIQLAR – “SÖNDÜ MƏHƏBBƏTİMİZİN LAMPASI” – VİDEO

Son vaxtlar bayağı mahnılar, sanki trendə çevrilib. Monoton musiqisi ilə yanaşı, bayağı mətnə malik mahnılar durmadan artır.

Dərc edilib: 1 dekabr 2018 [12:01]
Baxış sayı: 33015

İnterpress.az xəbər verir ki, sevilən müğənnilərdən olan Röya “Problemdi sevgimiz” mahnısı ilə bayağılıq trendini davam etdirib. Belə ki, sözügedən mahnıda mətnin bayağı olması ilə yanaşı, musiqiyə uyğun olmayan publisistik söz və ifadələrin işlədilməsi biabırçı mənzərə yaradıb.

Məsələn, “Söndü məhəbbətimizin lampası”, “Mən bu dedi-qodudam necə sıyrılım?”, “Problemdi, sevgimiz” kimi ifadələr, nəinki şeir kimi uğurludur, ümumiyyətlə şifahi nitqdə də istifadə olunmur.

Əməkdar artist, məşhur müğənni Röya Ayxanın bu mahnının altına imza atması da sevindirici hal deyil.

Nümunə kimi “Problemdir, sevgimiz” mahnısının mətnini təqdim edirik:

Gərək qalan əşyaları sındırım
Gedir yarım ürəyimi yandırır
Suallar arasında qalmışam
Mən bu dedi-qodudan necə sıyrılım.

Yoxdu bunun bizə inan faydası
Söndü məhəbbətimizin lampası
Problemdi, sevgimiz.
Bizə görə uyğun deyil qaydası.



İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179