“Matç TV” Bakıdan geniş reportaj hazırladıbackend

“Matç TV” Bakıdan geniş reportaj hazırladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, süjetdə 2020-ci ildə Bakıda Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Çempionatının dörd oyunu barədə söz açılıb.

Proqramın aparıcısı izləyicilərə Azərbaycan barəsində, ölkəmizdə yetişən meyvələr və ədviyyatlar, həmçinin oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu haqqında məlumat verib.

O, azərbaycanlı xanımların hansı səviyyədə futbol azarkeşi olması ilə maraqlanıb, əfsanəvi Tofiq Bəhramov barəsində maraqlı məlumatlar təqdim edib.

Proqramın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya millisinə Avro-2020-yə düşməyi və final oyununu Bakıda keçirməyi arzulayıb.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının 4 oyunu Bakıda baş tutacaq. 4 matçdan 3-ü C qrupunun oyunları, biri isə 1/4 final oyunu olacaq. Oyunlar 13, 17, 21 iyun və 4 iyulda keçiriləcək.

İnterpress.azhttps://youtube.com/watch?v=Wjv9x5NIG0k