Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Demet özündən çıxdı: "Kimin mülkünü qaçırmışam?"

Sentyabrda boşandıqdan sonra yenidən əri Okan Kurtla bir araya gələn Demet Akalın haqqında çıxan "Mülk qaçırtmaq üçün boşandı" sözlərinə cavab verib.

Dərc edilib: 1 dekabr 2018 [14:05]
Baxış sayı: 26364

İnterpress.az axşam.az-a istinadən bildirir ki, Okanın ailə şirkətinə borcları ucbatından polislər gələndən sonra 6 illik evliliyini bitirən müğənni özündən çıxıb.

Demet ünvanına deyilənlərə "Hansı insan bu biabırçılığı özünə yaraşdırar? Mənim evimə niyə bank işçiləri gəldi bilirsiz? Ərimin qardaşı evimi ofis kimi müştəriyə göstərib. Bu hadisədən sonra kondisionerlərimi belə sökdülər. Evim su içində idi, niyə bunları yaşadım? Ərimə buna görə əsəbiyəm. Okan nəyi mənim adıma keçirib ki, mülk qaçırdım? İllərdir öz pulumu özüm qazanıram. Boğazımdan heç kimin loxması keçməyib. Mənim evlilik müqaviləm var" cavabını verib.
Akalın əri ilə yenidən qızına görə barışdığını söyləyib:

"Qızım olmasa, o, bu qədər istəməsə, "ata-ata" deməsə Okanla bir araya gəlməzdim. Ona hələ də əsəbiyəm".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179