Gürcüstanın ən böyük limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunubbackend

Gürcüstanın ən böyük limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə limanın sahibi olan “APM Terminals Poti” şirkəti məlumat yayıb.

Hesabat dövründə Poti limanına 5,1 mln. ton yük daxil olub. Konteyner daşınmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% artıb.

On ay ərzində limanda emal olunmuş yüklərin 23,2%-i ixrac, 31,4%-i idxal, 45,4%-isə tranzit yönümlü olub. Tranzit yönümlü yüklərin böyük hissəsi Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələrinə nəql olunub.

Limanda bu il 360 min TEU konteynerinin emal olunacağı gözlənilir ki, bu da son 4 ilin ən yüksək göstəricisi olacaq.

Poti dəniz limanı Gürcüstanın ən iri limanıdır. Limanda bütün növ yükdaşımalar üzrə xidmətlər həyata keçirilir.

İnterpress.az (report)