Karbon qazı tullantıları rekord həddə çatıbbackend

Karbon qazı tullantıları rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Life.ru-ya istinadən xəbərinə əsasən, avstraliyalı alimlər bildiriblər ki, 2018-ci ildə karbon qazı tullantılarının həcmi rekord həddə – 37,1 milyard tona çatıb ki, bu da ötən illərlə müqayisədə 2,7% çoxdur.

“Xinhua”nın məlumatına görə, karbon qazı tullantılarının əsas artımı 2014-2016-cı illərdə müşahidə olunub.

BMT-nin İqlim Komitəsinin üzvləri qeyd edirlər ki, bu cür göstəricilər nəinki qorxuncdur, onlar Paris anlaşmasının tamamilə anlamsız olduğunu sübut edirlər.

Qeyd edək ki, Paris müqaviləsinə əsasən, onu imzalamış və ratifikasiya etmiş bütün ölkələr, karbon qazının atmosferə tullanılmasını məhdudlaşdırmalıdırlar.

İnterpress.az