Putin və Lukaşenkodan canlı yayımda təbii qaz bazarlığıbackend

Putin və Lukaşenkodan canlı yayımda təbii qaz bazarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Birliyi (AİB) toplantısı çərçivəsində keçirilən canlı yayımda, Belarusun Rusiyadan idxal etdiyi qazın qiymətini müzakirə edib.

Belarusun min kubmetrlik təbii qazı Rusiyadan təxminən 130 dollardan aldığını xatırladan Lukaşenko, \”Halbuki düz yanımızdakı Rusiyanın Smolensk bölgəsində təbii qazın qiyməti min kubmetr üçün 70 dollar səviyyəsindədir\”,-ifadəsini istifadə edib.

Putin isə Almaniyanın min kubmetr Rusiya qazına 250 dollar ödədiyinə işarə edərək, \”Belarus hazırda 129 dollar ödəyir, gələn il 127 dollar ödəyəcək. AİB, müttəfiqlərimiz üçün əhəmiyyətli bir üstünlükdür. Belarus bu üstünlüyə malik olmasaydı, qazın qiyməti min kubmetrdə 200 dollar olardı\”,- deyib.

Lukaşenko, Putinin hesablamalarının səhv olduğunu qeyd edərək, \”Belarusdakı həyat şərtləri Almaniyadan daha pisdir. Almaniyaya qarşı birlikdə savaşdıq və sonra xalqımızın vəziyyətində çox yaxşı yöndə bir dəyişiklik olmadı. Almanlar 200 dollar civarında ödəyir çünki təbii qaz 3 min kilometr daha çox yol qət edir\”,- deyib.

Təbii qaz bazarları qaydaları keçərli olsaydı Belarusun min kubmetr qaza 200 dollar ödəyəcəyi fikrini təkrarlayan Putin, \”Bu məsələni bağlı qapılar arxasında təkrar müzakirə edək\”,- İfadəsini istifadə edib.

İnterpress.az