6 mindən çox abonentin işıq problemi həll olundubackend

6 mindən çox abonentin işıq problemi həll olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən Interpress.az-a verilən məlumatda bildirilib.

Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq “Məhəmmədi” və “Masazır” yarımstansiyalarından adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yeniləndi: “Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılaraq 24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular”.

Bu ərazilərdə hava şəraiti imkan verdikcə son aylarda əlaqələndirici xəttlər yenilənərək 400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Hava elektrik verilişi xəttləri yeraltı kabel xəttlərlə və xüsusən, özünü daşıyan izolyasiya kabel xəttləri ilə əvəzlənib. Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunublar.
Yeni Saray,Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalardan əlaqələndirici xəttlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaq.

Interpress.az