Türkiyədə 20 ilin ən böyük əməliyyatı — FETO-ya ağır zərbəbackend

Türkiyədə 20 ilin ən böyük əməliyyatı — FETO-ya ağır zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, əməliyyat İstanbulda baş tutub. Keçirilən əməliyyat nəticəsində 87 yüksək rütbəli hərbçi saxlanılıb. Onlar FETÖ ilə bağlılıqdan şübhəli bilindikləri üçün polis tərəfindən saxlanılıblar.

Araşdırmalardan sonra 41 hərbçi barədə həbs qərarı çıxarılıb. Digərləri isə iş araşdırılana qədər azad ediliblər. Bundan başqa, 62 ictimai vəzifəli şəxs barədə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər terrorla, terrorçularla əlaqədə günahlandırılırlar.
Qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyədə hərbi-çevrilişə cəhd olub. Cəhdin FETO terror təşkilatı və şəxsən Fətullah Gülən tərəfindən təşkil olunduğu məlum olub.

Hadisədən sonra Türkiyədə FETO terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində çoxsaylı əməliyyatlar keçirilib.

Bundan sonra mütəmadi olaraq FETÖ terror təşkilatı ilə əlaqəli şəxslər həbs edilib.

2017-ci ildə Türkiyədə FETÖ (Fətullah Terror Təşkilatı) ilə bağlı həbs edilən şəxslərin sayı açıqlanıb. Açıqlamalara görə, ötən il 48 min 305 nəfər həbs edilib.

Interpress.az