Gürcüstanlı məmurların başı dərddə: Rus reklamına çəkildilərbackend

Gürcüstanlı məmurların başı dərddə: Rus reklamına çəkildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Gürcüstanın “Netgazeti.ge” portalı məlumat yayıb.

Məlumata əsasən, gürcüstanlı məmurlar “City” jurnalının “rəfiqələrlə yeni il fotosessiyası” rubrikası üçün çəkiliblər.

“Modellər” əslində Rusiya istehsalı olan qida məhsulunun reklam kampaniyasında iştirak etdiklərindən xəbərsiz olduqlarını bildiriblər.

Fotoşəkillərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri tənqid və təhqirdən ibarət şərhlər yazmağa başlayıb. Nəticədə redaksiya həmin məqaləni yayımdan çıxarmaq məcburiyyətində qalıb.

Gürcüstanın müdafiə nazirliyinin mətbuat katibi Nino Tolordava, çəkilişin reklam xarakteri daşıdığını bilmədiyini söyləyib. O qeyd edib ki, “Sloboda”nın Ukrayna məhsulu olduğunu bilib və heç vaxt Rusiya məhsulları almır.

Vergilər xidmətinin mətbuat katibi Xatiya Moisparişvili də məhsulun Rusiya mənşəli olduğundan xəbərsiz olduğunu and-aman edir. Gürcüstan prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri Eka Mişveladze də bu bəyanata qoşulub.

“Mən elə bilirdim bu, sadəcə yeni illə bağlı müsahibə və rəfiqələrlə fotosessiya olacaq”, – deyə gürcüstanlı məmur qeyd edib.

Bu arada jurnalın təsisçisi Eka Haperiya redaksiyaya ünvanlanan ittihamları rədd edir və onların Rusiya məhsulunu reklam etdiklərindən xəbərdar olduğunu bildirir.

Interpress.az (Oxu)