Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün \”Twitter\”dəki səhifəsində yazaraq keçmiş dövlət katibi R.Tillersonun tənqidlərinə cavab verib.
\”Mayk Pompeo yaxşı işləyir, onun sələfi Reks Tillerson lazımi zehni qabiliyyətə malik deyildi. Kütbeyin və tənbəl idi. İndi Dövlət Departamentində ovqat tamamilə fərqlidir\”, – D.Tramp yazıb.
Qeyd edək ki, bu ilin mart ayında D.Tramp R.Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsindən istefaya göndərib .
Interpress.az