YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdurbackend

YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə, 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər.

Hətta, bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər.

Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.

Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov Oxu.Az-a açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib.

“Azərbaycanda vaxtından əvvəl – növbədənkənar parlament seçkiləri gözlənilmir.

Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək.

Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm.

Gündəmdə belə bir məsələ yoxdur”, – deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Interpress.az