AFFA-nın İcraiyyə Komitəsinin iclasının nəticələri açıqlanıbbackend

AFFA-nın İcraiyyə Komitəsinin iclasının nəticələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ba katibi Elxan Əsədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Qarabağ\”ın nəticələri də bizim üçün vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”, – deyə o, qeyd edib.

“Aşağı yaş qruplarından ibarət yığmalar tərəfindən strateji plan təqdim olunmayıb. Bu səbəbdən, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib. Nəticələrə baxsaq, görərik ki, aşağı yaş qrupları üzrə yığmaların nəticələri və nizam-intizamı yoxdur. Məsələn, U-17 0:4 hesabı ilə uduzur, üstəlik, oyunlar ərzində 4 qırmızı vərəqə alır. Biz ədalətli oyuna əməl etməliyik. Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək\”, – deyə E.Əsədov əlavə edib.

Bundan başqa, iclada klubların gəlir və xərclərinin açıqlamaları barədə qərar qəbul olunub. AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son 3 aydakı fəaliyyətinə dair hesabat verilib.

Interpress.az