Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda E-commerce 1.0 Forumu keçirilib - FOTO

Pərakəndə satış şirkətləri üçün əlavə gəlir gətirən və eləcə də, xərclərə qənaət etməyə imkan yaradan E-commerce 1.0 Forumu baş tutub. Tədbirin məqsədi, ənənəvi ticarətlə məşğul olanları elektron ticarətə cəlb etməkdir.

Dərc edilib: 11 dekabr 2018 [10:25]
Baxış sayı: 23117


Xatırladaq ki, tədbirin təşkilatçıları Azərbaycanın onlayn ticarət platforması olan “SHOP.AZ” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzidir.

Tədbirin əsas məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentlikləri, çatdırılma şirkətləri, ödəmə platformaları və digər elektron ticarət mühitinin iştirakçılarını bir araya toplayaraq Azərbaycanda e-ticarətin davamlı inkişafı üçün konstruktiv həll yolları təqdim etməkdir.

Tədbirdə iştirak edən qonaqlar dünyanın müxtəlif ölkələrindən toplaşıb. Burada, Alibaba.com, Deloitte kimi dünya şöhrətli şirkətlərin nümayəndələri ilə yanaşı, Hepsiburada, N11 kimi Türkiyə liderləri də öz təcrübələrini bazar iştirakçıları ilə bölüşüb.

Paneldə Vergi Nazirliyinin nümayəndələri, iş adamlarını narahat edən sualları cavablandırıblar. Bununla yanaşı, qonaqlar digər vacib suallara da cavab tapıb.

Qeyd etmək istərdik ki, elektron ticarət gündən-günə dünyada sürətlə inkişaf edir. Bu inkişaf alıcılara müxtəlif mağazaların məhsullarını bir platformadan seçmək və əldə etmək imkanını yaradır.

Çıxış edənlər, böyük və ya kiçik biznesi olmasından asılı olmayaraq, bütün iş adamlarına geniş mövzularda məlumat veriblər. Burada e-ticarət biznesinin necə qurulması, öncə hansı addımların atılması, marketinqdə nələrə diqqət yetirilməsi məsələlərindən tutmuş, dünyada baş verən trendlər, innovativ tətbiqlər və hətta blokçeynin inkişafı haqqında da bir sıra geniş mövzular işıqlandırılıb.

Tədbir haqqında AzTV kanalında nümayış olunan reportaja burada baxa bilərsiniz.

Qeyd etmək istərdik ki, Azərbaycan bazarı üçün dünya təcrübəsi olduqca vacibdir. Çünki yerli e-ticarət inkişaf etmədiyinə görə əhalinin çox hissəsi onlayn alış-verişi ölkənin xaricindən həyata keçirir.

Bu da o deməkdir ki, Azərbaycanda kifayət qədər onlayn alış-veriş edən kütlə var və bu kütlə mallara olan tələbatını yerli bazarda tapa bilmir. Bu hal iş adamlarının, medianın və dövlət qurumlarının diqqətini çəkməlidir və əhaliyə gərək olan e-ticarətin qurulmasında Shop.az-ın təşəbbüsünə dəstək olmalıdır.

Azərbaycanda E-commerce 1.0 Forumu keçirilib - FOTO

Azərbaycanda E-commerce 1.0 Forumu keçirilib - FOTO

Azərbaycanda E-commerce 1.0 Forumu keçirilib - FOTO

Azərbaycanda E-commerce 1.0 Forumu keçirilib - FOTO



Interpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 112