Prezident İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir”backend

Prezident İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib. İki ölkənin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlət başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu deyib. Prezident İlham Əliyev İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, Prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti ilə yenidən görüşməkdən, dövlət başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və dərin mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini deyib və Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Interpress.az