Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidirbackend

Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu rusiyalı teleaparıcı Dmitri Kiselyov deyib.

O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmərəli və konstruktiv strateji münasibətlərin qurulmasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vacib töhfə verib:

“Mənə elə gəlir ki, o, sağlam əsas qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran üçbucağının yaradılması və bu üçbucağın balanslaşdırılmış olması idi”.

D.Kiselyov əlavə edib ki, Prezident İlham Əliyev bu baxımdan atasının siyasi xəttini davam etdirir: “Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslı cəmiyyət yaşayır”.

Interpress.az (trend)