Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildiribbackend

Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədov Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ə.Əhmədov bildirib ki, beynəlxalq təşkilatların yanlış yanaşlmaları Ermənistanda keçirilən və ciddi pozuntularla müşayiət olunan seçkilərə biganə qalmalarında özünü göstərir. Onun fikrincə, seçkiləri müşahidə edən beynəlxalq qurumlar nöqsanlara münasibəti açıq şəkildə ifadə etməməklə ikili standartlar nümayiş etdirir.

\”Yəqin ki, beynəlxalq təşkilatların ikili standartları insanların, sadə əhalinin münasibətinə o qədər də təsir etmir. Ermənistanda ciddi pozuntularla baş verən seçkilərin nəticələrinə sadə erməni xalq öz etirazlarını bildirir və bundan sonra da bildirəcək. Bununla da, beynəlxalq təşkilatların ikili standartları növbəti dəfə ifşa olunacaq. Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmirlər\”, – deyə baş nazirin müavini qeyd edib.

Interpress.az