Azərbaycan yığması Braziliya ilə qarşılaşa bilərbackend

Azərbaycan yığması Braziliya ilə qarşılaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki,bu barədə Braziliyanın “Globoesporte” nəşrinə istinadən məlumat yayır.

Belə ki, Braziliya yığması 2019-cu ilin martında Avropadan olan yığma ilə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutur. Namizədlər arasında Azərbaycan yığmasının da adı çəkilir.

Nəşrin məlumatına görə, Braziliya yığmasının baş məşqçisi Tite yetirmələrinin Amerika Kubokuna hazırlığı məqsədilə mart ayında Avropadan olan yığma ilə matç keçirmək istəyir.

Seçim gələn ilin mart ayında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində birinci və ikinci oyun günlərində oyun keçirməyəcək yığmanın xeyrinə ediləcək.

Namizəd yığmalar arasında Danimarka, Almaniya, Uels, Serbiya, Çexiya, Estoniya, Azərbaycan, Kosovo, Litva və Cəbbəlütariq yığmaları var. Lakin Danimarka yığması artıq braziliyalılarla yoldaşlıq görüşünün keçirilməsindən imtina edib. Braziliyalılar özləri isə Almaniya ilə matçdan imtina ediblər. Nəticədə, hazırda cəmi səkkiz namizəd qalıb.

Qeyd edək ki, AVRO-2020-nin ilk seçmə oyun günü (21-23 mart) oyun keçirməyəcək yığmalar Almaniya, Danimarka, Kosovo, Uels və Serbiya, ikinci gün isə (26-27 mart) Azərbaycan, Estoniya, Cəbbəlütariq, Litva və Çexiya yığmaları olacaq. Yəni əgər seçim bizim lehimizə olsa, o zaman 26 və ya 27 mart tarixində Azərbaycan yığması planetin ən titullu milli komandası ilə qarşılaşa bilər.

Interpress.az