Anar Bağırov: “Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa Məhkəməsi ilə kommunikasiya davam edir”backend

Anar Bağırov: “Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa Məhkəməsi ilə kommunikasiya davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: \”Həm Azərbaycan, həm də qarşı tərəfə məlum olduğu kimi bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz Ermənistandır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb\”.

A.Bağırov hesab edir ki, məsələ ilə bağlı müsbət nəticələr olacaq: \”Çünki həm dövlətin, həm ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir\”.

Interpress.az