Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli lideri yad edilib -FOTObackend

Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli lideri yad edilib -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, tədbiri Heydər Əliyev Sarayının direktoru, “Şöhrət” ordenli, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev giriş sözü ilə açaraq ulu öndərin şərəfli həyat yolundan, xalqı qarşısında misilsiz xidmətlərindən, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, ulu öndərin müdrik siyasəti və misilsiz xidmətləri nəticəsində respublikamızın qazandığı uğurlar və müvəffəqiyyətlər, dünya birliyində layiqli yer tutması, zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolundan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

F.Babayev çıxışının sonunda bir daha bildirib ki, Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.

Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, respublikamızın mədəni həyatında etdiyi yeniliklərdən, uğurlu layihələrdən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.

Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Interpress.az