Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək – AÇIQLAMAbackend

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən Interpress.az -a bildirilib ki, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi:

“Parkın vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu.
Bununla əlaqədar Bakı Şəhəri İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədlərini hazırlamağı qərara alıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işləri aparılır”.

Rəsmi məlumata görə, yalnız müvəqqəti və qeyri-qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb:

“Rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahblərinə isə müvafiq yenidənqurmalar aparmaq tövsiyə olunub.

Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq. Yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılması, parkın yenidən sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulub”.

Interpress.az